#AI#Aksesuarlar#Android#Apple#AR/VR#Cinema#Elm/Kosmos#Finance#Future#Games#IoT#İş axtarışı#Programlaşdırma

XİDMƏTLƏR VƏ TARİFLƏR

1. Ümumi müddəalar Bu sənəd «TechFlow» platforması tərəfindən göstərilən xidmətlərin növlərini, qiymətlərini və ödəniş qaydalarını müəyyən edən rəsmi təklifdir (oferta). Xidmətdən istifadə üçün ödənişin edilməsi bu ofertanın tam qəbulu (aksepti) hesab olunur.

2. Xidmət növləri və Qiymətlər

  • 2.1. Online CV Konstruktoru (Fiziki şəxslər üçün):
    • İş axtaran şəxslər üçün CV formalaşdırılması, şablonların seçilməsi və PDF formatında yüklənilməsi tamamilə ödənişsizdir.
    • Platforma bu xidmət üçün heç bir gizli komissiya və ya abunə haqqı tətbiq etmir.
  • 2.2. Standart Vakansiya Paketi (İşəgötürənlər üçün):
    • Qiymət: 20 AZN (bir elan üçün).
    • Müddət: 30 təqvim günü.
    • Xidmətə daxildir: Elanın ümumi siyahıda dərc edilməsi, namizədlərdən müraciətlərin birbaşa qəbulu və statistikaya baxış.
  • 2.3. Premium Vakansiya Paketi (İşəgötürənlər üçün):
    • Qiymət: 40 AZN (bir elan üçün).
    • Müddət: 30 təqvim günü.
    • Xidmətə daxildir: Elanın saytın yuxarı hissəsində (TOP bölmə) sabitlənməsi, xüsusi vizual fərqləndirmə, elanın TechFlow-un sosial media kanallarında (Telegram, Instagram/LinkedIn) paylaşılması və prioritet moderasiya.

3. Ödəniş qaydaları və Təsdiq

  • Ödənişlər onlayn bank kartları (E-commerce) və ya hüquqi şəxslər üçün bank köçürməsi (invoys əsasında) yolu ilə qəbul edilir.
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, göstərilən xidmətlərə görə elektron qaimə-faktura (e-qaimə) təqdim oluna bilər.
  • Ödəniş uğurla tamamlandıqdan sonra vakansiya 24 saat ərzində (moderasiyadan keçdikdən sonra) aktivləşir.

4. Xidmətin ləğvi və Geri ödəmə (Refund Policy)

  • Əgər yerləşdirilən vakansiya Platformanın «İstifadə Qaydaları»na (məsələn, saxta məlumat, qanunsuz tələblər) zidd olduğu üçün silinərsə, ödəniş geri qaytarılmır.
  • Texniki səbəblərdən elan dərc olunmazsa, Platforma xidmət müddətini uzatmağı və ya ödənişi geri qaytarmağı öhdəsinə götürür.
  • Vakansiya dərc edildikdən sonra işəgötürən namizədi daha tez taparsa və elanı bağlayarsa, istifadə olunmamış günlərə görə kompensasiya ödənilmir.

5. Məsuliyyət və Zəmanətlər

  • TechFlow elanın baxış sayına və ya daxil olan müraciətlərin (CV-lərin) kəmiyyətinə zəmanət vermir. Biz yalnız elanın hədəf kütləyə çatdırılması üçün texniki infrastruktur təmin edirik.
  • Xidmət qiymətləri bazar konyukturasına uyğun olaraq Platforma tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər (artıq ödənilmiş elanlara şamil olunmur).
×
Loading...