#AI#Aksesuarlar#Android#Apple#AR/VR#Cinema#Elm/Kosmos#Finance#Future#Games#IoT#İş axtarışı#Programlaşdırma

iOS 19 ilə Apple iPhone-u xarici monitor vasitəsilə Mac-ə çevirəcək

Apple uzun müddətdir iPhone-un Android-dəki kimi tam multitasking dəstəkləməməsinə görə tənqid olunurdu. Razılaşaq ki, 2025-ci ildə iki tətbiqi eyni anda aça bilməmək çox praktik deyil. iOS 19 ilə Apple bu problemi həll etməyə çalışacaq. Baxmayaraq ki, mənbələr Android-dəki kimi sərbəst pəncərə idarəçiliyi olmayacağını bildirir, yenə də iOS 19-da iPhone-u Mac-ə çevirmək mümkün olacaq.

ree

iOS 19 iPad-dəki kimi multitasking dəstəyi gətirəcək.

iOS 19 ilə Apple, USB-C portu olan iPhone modelləri üçün xarici monitor dəstəyini genişləndirəcək. Yenilik iPad-dəki Stage Manager funksiyasına bənzər bir interfeysin təqdim olunmasından ibarətdir. Bu da istifadəçilərə ekranı sadəcə kopyalamaq yox, tam genişləndirilmiş iş sahəsi yaratmaq imkanı verəcək.

ree

İndi nələr mümkün olacaq:

  • Xarici monitorda eyni anda bir neçə tətbiqlə işləmək.
  • Prezentasiyalar, məzmun redaktəsi və rahat baxış üçün daha geniş imkanlar.
  • Sadəcə bir USB-C kabeli ilə iPhone-u bir növ portativ kompüterə çevirmək.

Hazırda iPhone xarici monitora qoşulduqda yalnız ekranın kopyalanması mümkündür. Ancaq yeni yeniləmə bu imkanları daha yüksək səviyyəyə qaldıracaq, baxmayaraq ki, tam masaüstü rejimi (desktop mode) təqdim olunmayacaq.

Nəticə:

iPhone getdikcə daha çox kompüter funksiyalarını yerinə yetirə biləcək. Samsung DeX və Microsoft Continuum kimi sistemlərdə olduğu kimi, sadəcə bir kabel ilə cihazı portativ iş stansiyasına çevirmək mümkün olacaq.

Son məqalələr

Son vakansiyalar

Korpotariv satış meneceri

Gens Elektrik
Baku
12 Фев
Bütün vakansiyalar →
×
Loading...