#AI#Aksesuarlar#Android#Apple#AR/VR#Cinema#Elm/Kosmos#Finance#Future#Games#IoT#İş axtarışı#Programlaşdırma

Samsung-dan AMD-yə «əlvida»: Koreya nəhəngi öz qrafik canavarını yaradır!

Samsung-dan AMD-yə "əlvida": Koreya nəhəngi öz qrafik canavarını yaradır!_techflow

Samsung artıq oyunun qaydalarını kökündən dəyişməyə hazırlaşır. Keçən həftə təqdim edilən və 2-nm texnoloji prosesi ilə hazırlanan Exynos 2600 çipi Xclipse 960 qrafik prosessoru ilə hamını təəccübləndirsə də, bu hələ başlanğıcdır. Çünki həmin GPU-nun arxasında hələ də AMD-nin arxitekturası dayanırdı. Amma gələn xəbərlər göstərir ki, Samsung artıq «öz qazanında qaynamaq» qərarına gəlib. Şirkət tamamilə öz daxili komandası tərəfindən hazırlanan qrafik arxitektura üzərində işləyir və bu möcüzəni 2027-ci ildə Exynos 2800 ilə görəcəyik.

Bu addım Samsung-u dünyada Apple və Qualcomm-dan sonra öz çipini (həm prosessor, həm də qrafika) tamamilə daxildə yığan üçüncü şirkət edəcək. Bəs bu bizə nə verəcək? Birincisi, lisenziya xərcləri aradan qalxdığı üçün smartfonların maya dəyəri düşəcək. Məsələn, hazırda rəqib Snapdragon çiplərinin qiyməti 510 manatdan (300$) yuxarıdırsa, Samsung-un öz həlli qiymətləri daha stabil saxlamağa kömək edəcək. İkincisi, bu güclü GPU təkcə telefonlarda deyil, Samsung-un yeni XR eynəklərində və çoxdandır səsi çıxmayan, amma 2025-ci ildə gözlənilən ev robotu Ballie-də də istifadə olunacaq.

Samsung artıq qrafika məsələsində «kirayə» qalmaq istəmir. Öz GPU-su ilə optimizasiyanı elə bir səviyyəyə qaldıracaqlar ki, bəlkə də gələcəkdə «Exynos qızır» zarafatları tarixə qovuşacaq. Gözləyək görək, Koreya mühəndisləri Apple-ın M-seriyasına hansı «odlu» cavabı verəcəklər.

#samsung #exynos #gpu #texnologiya

Son məqalələr

Son vakansiyalar

Korpotariv satış meneceri

Gens Elektrik
Baku
12 Фев
Bütün vakansiyalar →
×
Loading...