#AI#Aksesuarlar#Android#Apple#AR/VR#Cinema#Elm/Kosmos#Finance#Future#Games#IoT#İş axtarışı#Programlaşdırma

Xiaomi «Harry Potter» mövzulu aksessuarlar təqdim etdi

Simsiz dinamik, portativ enerji bankı, klaviatura və mouse.

ree

Xiaomi «Harry Potter» mövzulu aksessuarlar təqdim etdi

Xiaomi Redmi Turbo 4 Pro smartfonu ilə birlikdə Harry Potter Edition seriyasından bir neçə aksesuar təqdim edib. Şirkət simsiz dinamik, portativ enerji bankı, klaviatura və mouse istehsal edib — hamısı tematik dizaynda.

Qiymətlər:

  • Redmi Bluetooth Speaker Harry Potter Edition — 139 yuan (~32 AZN)
  • Xiaomi 10,000mAh 33W Wired Power Bank Harry Potter Edition — 149 yuan (~35 AZN)
  • Xiaomi X1 Harry Potter Edition (mouse) — 349 yuan (~82 AZN)
  • Xiaomi MK71 Pro Harry Potter Edition (klaviatura) — 599 yuan (~140 AZN)

Simsiz dinamik IP67 standartına uyğun suya və toza qarşı davamlıdır, 4 Vt gücündə səsgücləndiriciyə malikdir. Avtonom iş müddəti — 5 saata qədər.

ree

Portativ enerji bankı daxili kabelə sahibdir, iki 5000 mAh hüceyrədən ibarətdir və cihazları 33 Vt güc ilə şarj edə bilir. USB-C və USB-A portları mövcuddur.

ree

Mouse 65 qram çəkidədir, ən yeni PixArt PAW3395 sensoru ilə təchiz olunub və 8 kHz sorğu tezliyini dəstəkləyir. Həm simli, həm də simsiz rejimdə işləyir. Batareya tutumu 530 mAh-dir.

ree

Klaviatura isə qasketli konstruksiyaya, 1 düymlük ekrana və 71 düyməyə malikdir. Üç qoşulma rejimi dəstəkləyir: USB, Bluetooth və 2.4 GHz. Daxili batareya 7800 mAh tutumundadır.

ree

Qeyd edək ki, Redmi Turbo 4 Pro smartfonunun da Harry Potter Edition versiyası təqdim olunub.

Son məqalələr

Son vakansiyalar

Korpotariv satış meneceri

Gens Elektrik
Baku
12 Фев
Bütün vakansiyalar →
×
Loading...