#AI#Aksesuarlar#Android#Apple#AR/VR#Cinema#Elm/Kosmos#Finance#Future#Games#IoT#İş axtarışı#Programlaşdırma

YouTube Sevgi üçün doğulmuşdu – İndi isə dünyanın ən böyük video platformasıdır

Bugün dünyanın ən məşhur video platformalarından biri olan YouTube-un ilk ideyası sizi təəccübləndirə bilər: romantika!

ree

YouTube domeni 14 fevral 2005-ci ildə – Məhəbbət günü olan Müqəddəs Valentin günündə qeydiyyatdan keçib. Başlanğıcda bu sayt, insanlara öz «ideal partnyorları» haqqında danışdıqları videoları paylaşmaq üçün tanışlıq platforması kimi nəzərdə tutulmuşdu. Yaradıcılardan biri Stiv Çen daha sonra etiraf edib ki, hətta istifadəçiləri belə videolar paylaşmağa təşviq etmək üçün Craigslist-də reklamlar da yerləşdirilmişdi. Amma nəticə uğursuz oldu – heç kim sevgi haqqında video yükləmədi.

Bunun üzərinə layihənin ideyası dəyişdirildi və sayt istənilən mövzuda videolar üçün açıq elan edildi. Elə ilk günlərdə istifadəçilər bu imkandan faydalanaraq gündəlik həyatdan, səyahətlərdən, ev heyvanlarından və daha bir çox sahədən videolar paylaşmağa başladılar. Bu çevik qərar YouTube-un sürətli uğurunun əsasını qoydu.

ree

Bu gün isə YouTube sadəcə əyləncə üçün deyil, həm də təhsil, biznes və xəbərlər üçün əsas platformalardan birinə çevrilib. Ayda 2.7 milyard aktiv istifadəçisi olan bu platforma, əvvəllər heç kimə lazım olmayan bir tanışlıq ideyasından doğulub.

Son məqalələr

Son vakansiyalar

Korpotariv satış meneceri

Gens Elektrik
Baku
12 Фев
Bütün vakansiyalar →
×
Loading...